Çin ölkələri birtərəfli sanksiyalara qarşı birgə mübarizəyə çağırdı


Birtərəfli məcburi tədbirlər BMT Nizamnaməsinə ziddir və beynəlxalq hüququn əsaslarını sarsıdır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Szyan İran, Çin və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların qlobal iqtisadiyyata təsiri ilə bağlı sualı cavablandırarkən deyib.

Diplomat qeyd edib ki, Pekin belə addımlara qarşı çıxır və beynəlxalq ictimaiyyəti həmrəyliyi gücləndirərək birtərəfli sanksiyalara birgə şəkildə müqavimət göstərməyə çağırır.

Onun sözlərinə görə, bu cür məhdudiyyətlər insanların əsas hüquqlarını — o cümlədən yaşamaq və inkişaf etmək hüququnu — ciddi şəkildə pozur və BMT-nin 2030 gündəliyinin həyata keçirilməsinə mane olur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu