Çin XİN NATO-nu dünya üçün real təhlükə mənbəyi adlandırıb


NATO bloku qlobal sülhə real təhlükə mənbəyidir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.

“NATO soyuq müharibənin məhsuludur və dünyanın ən böyük hərbi ittifaqıdır” deyən Çin diplomatı Şimali Atlantika Alyansını “qlobal sülh və sabitliyi təhdid edən real risk mənbəyi” adlandırıb.

O, həmçinin NATO-nu soyuq müharibə zehniyyətindən qurtulmağa və Asiya-Sakit okean regionunda siyasi gərginliyi artırmamağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu