Pit Heqset: İrana qarşı lazım gələrsə, kinetik hücumlardan istifadə edəcəyik
ABŞ müdafiə naziri Pit Heqset ABŞ ordusunun zərurət yaranacağı təqdirdə İrana qarşı hücumları yenidən başlada biləcəyinə diqqət çəkib.
AFN.az xəbər verir ki, Heqset Viskonsin ştatındakı hərbi bazaya səfərindən sonra jurnalistlərə İran gündəmi ilə bağlı açıqlamalar verib.
Heqset “Kinetik hücumlardan istifadə etməli olsaq, istifadə edəcəyik. İran öz təsir imkanlarından həddindən artıq istifadə edərsə və ya ABŞ ordusu ilə məşğul olarsa, etməli olduğumuzu edəcəyik” deyib.
Hazırda İrana ən çox zərər verən amilin iqtisadi təzyiq olduğunu iddia edən Heqset ABŞ-ın Hörmüz boğazına nəzarət etdiyini irəli sürüb.
Heqset “İran Hörmüz boğazından heç nə keçirə bilmir. Biz keçirə bilirik. Dünya iqtisadiyyatı bunun fərqindədir və buna görə boğaza nəzarət etmək üçün böyük bir mərc etdilər, lakin buna nail ola bilmədilər” deyə bildirib.
