Pit Heqset Konqresdə ifadə verəcək



ABŞ-ın Müdafiə naziri Pit Heqsetin ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibədən sonra ilk dəfə Konqres qarşısında ifadə verəcəyi iddia edilir.

AFN.az xəbər verir ki, "The Hill" qəzetinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Heqset aprelin 29-da qanunvericilər önündə çıxış edəcək.

Onun Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi (HASC) qarşısında ifadə verməsi gözlənilir. İclasda ABŞ Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin də iştirak edəcəyi ehtimal olunur. Pentaqon martın 25-də Konqres üzvlərinə müharibə ilə bağlı brifing versə də, demokrat üzvlər martın 27-də komitə sədri Mayk Rocersə müraciət edərək açıq iclasın keçirilməsini tələb etmişdilər.

Komitə üzvləri tərəfindən yazılan məktubda Tramp administrasiyası və Müdafiə Nazirliyinin şəffaflıq nümayiş etdirməməsindən, Konqresi və ABŞ xalqını məlumatlandırmaqda uğursuzluğa düçar olmasından dərin narahatlıq ifadə olunub. Komitə sədri Mayk Rocers də öz növbəsində baş verənlər və mövcud variantlar barədə kifayət qədər cavab ala bilmədiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, bu iclas ABŞ-ın Yaxın Şərqdəki hərbi strategiyasının və gələcək addımlarının müəyyənləşdirilməsi baxımından kritik əhəmiyyət kəsb edir.

Mənbələr aprelin 29-na təyin edilən tarixin dəyişə biləcəyini də istisna etmirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu