Maduro ona qarşı irəli sürülən ittihamları rədd edib



ABŞ-nin yanvarın 3-də həyata keçirdiyi hərbi müdaxilə nəticəsində saxlanılan Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorkda keçirilən məhkəmə iclasında ona qarşı irəli sürülən işgəncə ittihamlarını qəbul etməyib.

AFN.az xəbər verir ki, ABŞ tərəfindən saxlanılan Maduro və həyat yoldaşı Siliya Flores Nyu-Yorkda hakim qarşısına çıxaraq barələrindəki ittihamlara münasibət bildiriblər.

ABŞ mediasında yayılan xəbərlərə görə, məhkəmə iclasında Maduro Venesuelada vəzifədə olduğu dövrdə bəzi şəxslərə işgəncə verilməsi barədə göstərişlər verdiyinin iddia olunduğu ittiham aktındakı bütün ittihamları rədd edib.

CNN-in məlumatına görə, Nyu-Yorkun Cənub Dairəsi üzrə Dairə Məhkəməsində tərcüməçi vasitəsilə danışan Maduro ittihamları əvvəllər irəli sürülmüş əsassız iddiaların yenidən təqdim olunmuş forması kimi qiymətləndirib və yenilənmiş ittiham aktını qəbul etmədiyini bildirib.

Qısa müddət əvvəl ev dustaqlığına buraxılması tələbi rədd edilən Flores də son illərdə Venesuelada saxlanılan ABŞ vətəndaşlarına və digər şəxslərə işgəncə vermələri ilə bağlı ittihamları, eləcə də mövcud narkotik və silah ittihamlarını qəbul etmədiyini bildirib.

Məhkəmə müdafiə tərəfinin işin rədd edilməsinə dair arqumentlərini nəzərdən keçirmək üçün növbəti iclasın dekabrın 17-də keçiriləcəyini açıqlayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu