Elmar Məmmədyarov Aİ rəsmisi ilə görüşəcək




Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində sabah Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrel ilə görüş keçirəcək.

AFN xəbər verir ki, tərəflər Azərbaycan ilə Aİ arasındakı əməkdaşlıq məsələlərini, habelə yeni sazişlə bağlı danışıqların gedişatını müzakirə edəcəklər.

Bununla yanaşı, nazir E.Məmmədyarov bu gün Aİ-nin kənd təsərrüfatının inkişafı üzrə komissarı Fil Hoqan, Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti məsələləri üzrə komissarı Oliver Vargei ilə də görüşlər keçirəcək.

Xatırladaq ki, Xarici İşlər naziri Albaniya üçün beynəlxalq donorlar konfransında iştirak etmək üçün ötən gün Brüsselə yola düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu