Azərbaycan və Ermənistan XİN başçıları yaxın günlərdə görüşəcəklər
Elmar Məmmədyarov: “Həmsədrlər ilin əvvəlində görüş təklif edirlər”
“Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüşü bu ilin yanvar ayına planlaşdırılıb. Görüşün, çox güman, bu ayın sonunadək keçirilməsini planlaşdırırıq”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. O, dünən bu barədə müzakirə aparıldığını bildirib.
“Kaspşik ilə görüşdük və bu məsələni müzakirə etdik. Həmsədrlər ilin əvvəlində görüş təklif edirlər və Azərbaycan tərəfi danışıqların davam etdirilməsi fikri ilə tam razıdır”, - E.Məmmədyarov vurğulayıb.