Beyniniz tamamilə yeniləmək istəyirsinizsə, bu qidalardan istifadə edin - SİYAHI


İnsan beyninin mürəkkəb quruluşu qarşısında bəzən cavabsız suallarla üz-üzə qala bilirik. Beynin inkişafını tormozlayan xəstəliklər, yaddaşsızlıq və s. bu kimi hallarla bağlı xeyli qeyri-müəyyənliklər hələ də mövcuddur.


Ancaq zaman-zaman beynimizin inkişafı üçün nə edə biləcəyimizlə bağlı qənaətlər formalaşıb. Erkən yaşlarda alzheimer və demans kimi yaddaşla əlaqəli xəstəliklərdən qaçınmaq üçün istehlak edilməsi lazım olan qidalar haqda materialı təqdim edirik.

Sağlam qidaların müntəzəm istifadəsi ilə təkcə fiziki deyil, ruh sağlamlığı da qoruya bilirik. Psixi sağlamlığınızı qorumaq üçün istehlak etməli olduğunuz qidalar bunlardır:

Yaşıl tərəvəzlər: Tərkibindəki flavonidlər sayəsində yaşıl tərəvəzlər bağırsaq sağlamlığını qoruyur və bağırsaqlarda faydalı bakteriyalar əmələ gətirir. Bu bakteriyalar psixi sağlamlığı qoruyan sinirləri də rahatlaşdırır. Bu, dolayısı ilə yaşıl tərəvəzlərin unutqanlığa qarşı faydalarını ortaya qoyur.

Qırmızı meyvələr: Tərkibindəki fol turşusu sayəsində qırmızı meyvələr beyni zərərli sərbəst radikallardan təmizləməyə kömək edir. Gündə bir ovuc qaragilə və ya tut yeyən insanlar daha sonrakı yaşlarda alzheimer xəstəliyindən qorunur.

Balıq: Omeqa 3 yağ turşuları zehni sağlamlığın qorunması çərçivəsində ən əhəmiyyətli dəstəyi təmin edir. Omeqa 3 yağ turşuları, tərkibindəki antioksidant dəyərlər sayəsində zehni əhatə edən zərərli formasiyaları aradan qaldırır və sinirləri rahatlaşdırır. Müntəzəm olaraq balıq yeyən fərdlərdə daha sonrakı yaşlarda yaddaş problemi yaşanmır.

Qoz: Qoz, birdən çox omeqa yağ turşusu qrupunu ehtiva edən sağlam qidalar arasındadır. Zehni sağlamlığı qoruduğu və sinir uclarını aktivləşdirdiyi bilinən ən güclü qida qoz-fındıqdır. Gündə 1 ovuc qoz yesəniz, yaşla birlikdə çox iti yaddaşınız olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu