Keçmiş ərini öldürtmək istəyən türkiyəli fenomen saxlanılıb - VİDEO


Türkiyənin sosial media seqmentində məşhur olan, bahalı gözəllik mərkəzinin sahibi Ece Ronay saxlanılıb.


Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Qeyd olunub ki, beş nəfər silahlı şəxs Ece Ronayın tapşırığı ilə onun keçmiş əri Mehmet Bilirin iş yerinə gedərək oraya atəş açmağa başlayıb.

Hadisədən dərhal sonra İstanbul Təhlükəsizlik Müdirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları əməliyyat keçirərək Ece Ronayı və beş kişini saxlayıblar.
Əməliyyat zamanı hüquq mühafizə orqanlarının əməkdaşları Ece Ronayın evinə daxil olaraq axtarış aparıblar.

Şübhəli şəxs qismində saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı avtomat silah, tapança, 58 patron tapılaraq götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu