Ece Erkenin ərinin qətlinə görə 8 nəfər həbs edildi


Türkiyəli aparıcı Ece Erkenin həyat yoldaşı, vəkil Şafak Mahmutyazıcıoğlunun qətli ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 16 şübhəli 12 gün davam edən sorğu-sualdan sonra həbs tələbi ilə ədliyyəyə sövq edilib.


Türkiyə mediası xəbər verir ki, 16 şübhəlidən 8-i, o cümlədən Əli Yasak və tətiyi çəkən Kadir Yaşak tutularaq həbsxanaya göndərilib. Həbs edilənlər Kadir Yasak, Ali Yasak, Abdulkadir Kara, Burak Otcuoğlu, Fatih Okan Kodak, Gökhan Karakan, Kerem Öztürk və Uğur Can Bilgedir. Digər şübhəlilər haqqında isə ölkədən çıxışlarına qadağa qoyulub və məhkəmə nəzarəti qərarı qəbul edilib.

Kadir Yasak məhkəmədə ifadəsində Şafak Mahmutyazıcıoğlunu öldürməyə getmədiyini mərhumun “beş dəqiqə gözləyin” ifadəsinə görə əsəbiləşdiklərini və mübahisənin də oradan başladığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu