Mexikoda toqquşmalarda 60-dan çox polis xəsarət alıb


Meksikanın paytaxtı Mexiko şəhərində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş yürüşün iştirakçılarının təşkil etdiyi iğtişaşlar zamanı 62 polis xəsarət alıb.



“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Mexiko İctimai Təhlükəsizlik İdarəsi (İTİ) tvitter hesabında paylaşım edib.

“Hadisədə 62 polis məmuru və 19 mülki şəxsin yaralanması barədə dəqiq məlumat var. Doqquz polis tibbi yardım üçün xəstəxanalara çatdırılıb, onların vəziyyətləri sabir olaraq qiymətləndirilir”, - məlumatda deyilir.

Daha əvvəl Mexico şəhərinin səlahiyyətliləri 15 hüquq-mühafizə orqanı əməkdaşının xəsarət aldığını bildirmişdi. İTİ rəhbərinin müavini Marsela Fiqeroanın sözlərinə görə, polisə çəkic, çubuq, petard və içərisində yanacaq qarışığı olan butulkalarla hücum edilib.

Paytaxt prokurorluğunun rəsmi nümayəndəsi Ulises Lara nəzarət orqanının nümayiş zamanı şiddət tətbiqi ilə bağlı halları araşdırmaq niyyətində olduğunu açıqlayıb. Səlahiyyətli orqanların təxmini hesablamalarına görə, yürüşdə, təxminən, 20 min nəfər iştirak edib. Ən gərgin vəziyyət Milli Saray ərazisində yaşanıb. Burada aqressiv ruhlu nümayişçilər maneələri aşmağa çalışıb və nəticədə polislə toqquşma yaşanıb.

Mexiko şəhərinin rəhbərliyi feminist yürüşünün təhlükəsizliyi üçün təxminən 2,7 min qadın polis cəlb edib. Onlar silahsız və özünümüdafiə üçün xüsusi vasitələrsiz olublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu