Tramp yeni sosial şəbəkə yaradır


ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşıdakı bir neçə ay ərzində özünün yeni sosial media şəbəkəsini istifadəyə verəcək.


Valyuta.az-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bunu eks-prezidentin 2020-ci il prezident seçkilərində mətbuat sözcüsü olmuş Jason Miller Fox TV-ə müsahibəsində bildirib.

J.Müller, qeyd edilən sosial şəbəkənin yalnız D.Trampa aid olduğunu diqqətə çatdırıb:

“Bu, oyunu yenidən tamamlayacaq və hər kəs Trampın hansı işlərlə məşğul olduğunu görmək üçün şəbəkəyə axışacaq”.

Mətbuat sözcüsünün sözlərinə görə, Donald Tramb artıq bir çox şirkətlərdən təkliflər almağa başlayıb.

“Bu, böyük şəbəkə olacaq və 10 milyonlarla insanı özünə cəlb edəcək” – deyə Jason Müller qeyd edib.

Qeyd edək ki, “Twitter” və “Facebook” şəbəkələri yanvarın 6-dan bu günə qədər keçmiş prezidentin bütün hesablarını bağlayıb və onun sosial media üzərindən fəaliyyətini məhdudlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu