Trampın oğlu atasının həbsinə reaksiya verib


ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp atasının həbsinə reaksiya verib.


O, öz İnstaqram səhifəsində tərs çevrilmiş Amerika bayrağı yerləşdirib.

"Nə qədər aşağı düşməyimiz şok edicidir" deyən kiçik Tramp bunun tiranlığa doğru sürüşkən yamacın yalnız başlanğıcı olduğunu vurğulayıb.

Qeyd edək ki, Donald Tramp bu gün Aşağı Manhettendə rayon prokurorunun ofisində həbs edilib. Eks-prezidentin özünün dediyinə görə, Nyu-York məhkəməsi ona 33 maddə ilə ittiham irəli sürəcək. Xüsusilə, Tramp seçki kampaniyasının maliyyə qaydalarını pozmaqda ittiham oluna bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu