İranda terrorçular ziyarətgaha hücum edib – 15 nəfər ölüb, 40 nəfər yaralanıb


İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib.


3 silahlı şəxsin Şahçerağ ziyarətgahına odlu silahla hücumu zamanı ən son məlumatlara görə 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

Hadisənin hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil.

Qeyd edək ki, İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib. Bu gün yerli vaxtla saat 17:45-də 3 silahlı şəxs Şahçerağ ziyarətgahına odlu silahla hücum edib. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu