Burkina Faso Fransa səfirini “persona non-qrata” elan edib


Burkina Faso Fransa səfirini “persona non qrata” elan edərək, ölkəni tərk etməsini istəyib.


AFN.az CNNTürk-ə istinadən xəbər verir ki, Burkina Faso daha əvvəl də Fransadan Vaqaduqudakı səfirin istefaya göndərilməsini tələb etmişdi. Burkina Faso hökumətinin sözçüsü Jean-Emmanuel Ouedraogo verdiyi açıqlamada, Xarici İşlər Nazirliyinin 9 sentyabr 2019-cu ildən bəri Fransanın Vaqaduqudakı səfiri olan Luc Halladeyin ölkəni rəsmi olaraq tərk etməsinin istənildiyini bildirib. Halladenin niyə deportasiya edildiyi açıqlanmayıb.

"Burkina Faso ötən il dekabrın sonunda Fransa Xarici İşlər Nazirliyinə rəsmi məktub göndərərək, Vaqaduqudakı səfir Halladenin geri çağırılmasını xahiş edib" - deyə Jean-Emmanuel Ouedraogo bildirib.

Burkina Faso Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) koordinatoru Barbara Manzini də keçən ilin 23 dekabrında heç bir səbəb göstərmədən “persona non qrata” elan edərək, dərhal ölkəni tərk etməsini əmr edib. Dekabrın 22-də 2 Fransa vətəndaşı casusluq ittihamı ilə ölkədən çıxarılıb. Dekabrın 4-də isə Fransanın "Radio France Internationale" radiosunun yayımı dayandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu