Burkina Fasonun yeni hakimiyyəti Fransa ilə hərbi sazişi ləğv etdi


Burkina Faso Fransa ilə imzalanmış “hərbi yardım sazişi”ni ləğv etmək qərarına gəlib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Burkina hakimiyyəti Fransa ilə Faso 1961-ci ildə bağlanmış texniki hərbi yardım haqqında sazişi bir tərəfli qaydada dayandırıb. Eyni zamanda sazişin 2 əlavəsi də denonsasiya edilib.

Artıq Afrika dövləti Burkina Fasonun hərbi idarələrində xidmət edən bütün fransız hərbçilərinin ölkədən çıxıb getməsi haqqında məktubu Parisə göndərib. Həmçinin bildirilib ki, məktubun qarşı tərəfdən qəbul edilməsindən sonra fransız hərbçilərə ölkəni tərk etmək üçün bir ay vaxt verilib.

Ötən ilin sentyabrında Burkina Fasoda dövlət çevrilişi baş verib. Nəticədə hərbçi İbrahim Traore hakimiyyətə gəlib. Bundan sonra ölkələr arasında münasibətlər kəskin şəkildə pisləşib. Burkina Fasonin yeni hakimiyyəti “tərəfdaşlıq münasibətlərini şaxələndirmək” istəyini elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu