Burkina Faso Fransanın Vaqaduqu hərbi attaşesini deportasiya edib


Burkina Faso Fransanın Vaqaduqudakı səfirliyinin hərbi attaşesi Emmanuel Paskyedən 2 həftə ərzində ölkəni tərk etməsini istəyib.


Burkina Faso Xarici İşlər Nazirliyinin Fransa Xarici İşlər Nazirliyinə göndərdiyi notada Fransanın Vaqadugudakı səfirliyinin hərbi attaşesi Paskyenin akkreditasiyasının 14 sentyabr tarixindən etibarən ləğv edildiyi bildirilib. Bu qərar onun “təxribat fəaliyyəti” ilə məşğul olduğunu əsaslandırılıb.

Notada Paskye və hərbi attaşe personalının deportasiya edildiyi və onun 2 həftə ərzində ölkəni tərk etməli olduğu, Burkina Fasonun Paris səfirliyindəki hərbi missiyasının 14 sentyabr tarixindən etibarən bağlandığı vurğulanıb.

Fransa və Burkina Faso arasında münasibətlər hazırkı prezident İbrahim Traorenin 2022-ci ilin sentyabrında hakimiyyətə gəlməsindən sonra pisləşməyə başlayıb.

Çevrilişdən sonra Fransa səfirliyi və Vaqaduqudakı Fransız İnstitutu hücuma məruz qalıb, ölkədə Fransaya qarşı genişmiqyaslı nümayişlər keçirilib.

2023-cü ilin yanvarında Burkina Faso Fransa səfirini Vaqaduqu Luc Hallade-ni deportasiya edib.

Fevral ayında Saber əməliyyatı çərçivəsində yerləşdirilmiş 400 fransız əsgəri Burkina Fasonun tələbi ilə ölkəni tərk edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu