Sloveniyada fişəng fabrikində partlayış: bir nəfər ölüb


Sloveniyada "Hameks" fişəng fabrikində partlayış baş verib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb. Sloveniyada fəaliyyət göstərən "Nova24" TV-nin xəbərinə görə, hadisə Vrhnika şəhərindəki fabrikdə baş verib. Partlayış o qədər güclü olub ki, bütün şəhərdə hiss olunub. Partlayışdan sonra polis fabrikin ərazisini mühasirəyə alıb və hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu