Türkiyədə partlayış olub: Ölən və yaralanan var




Sakaryanın Adapazar rayonunun Taşkısığı bölgəsində avtomobildə meydana gələn partlayış nəticəsində 3 əsgər şəhid olub, biri mülki vətəndaş olmaqla 6 nəfər yaralanıb.



Sakarya Böyükşəhər bələdiyyəsinin sədri Ekrem Yüce bildirib.

***13:25

Sakaryada fişəng daşıyan yük avtomobilində meydana gələn partlayış nəticəsində Daxili Qoşunların 5 jandarmı yaralanıb.

Məlumatı “CNNTurk” yayıb.

***13:08

Türkiyənin Sakarya əyalətinin Taşkısığı rayonunda partlayış olub.

“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Sakaryada fişəng fabrikində baş verən partlayış nəticəsində 4 nəfər ölmüş, 90-dan çox insan yaralanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu