Necati Şaşmazın fabrikində partlayış olub


Türkiyənin əfsanəvi seriallarından biri olan "Kurtlar Vadisi"ndə Polat Alemdar obrazını canlandıran Necati Şaşmazın Bolu Gerededəki "Novawood" adlı taxta palet fabrikində partlayış baş verib.



Əldə edilən məlumata görə, fabrikin istehsal sahəsindən kənarda siloslarda olan mişar yonqarların yanması partlayışa səbəb olub. Vəziyyətlə bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat verilib. Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Xəsarətə səbəb olmayan yanğın qısa müddətdə yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarətə götürülüb.

Yanğın qruplar tərəfindən nəzarət altına alındıqdan sonra fabrikdə istehsal davam etdirilib.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu