Rusiya və Çin müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməkdə davam edir


Rusiya və Çin arasında müdafiə sahəsində əməkdaşlığın genişlənməsi Çinə qarşı Aİ və ABŞ-ın münasibətini daha da pisləşdirə bilər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Çin müdafiə şirkətləri Ukraynadakı müharibəyə baxmayaraq, Rusiya ilə əməkdaşlığı davam etdirir. Söhbət əsasən aviasiya sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin əməkdaşlığından gedir. CNN sanksiyalara və Ukraynadakı müharibəyə baxmayaraq, Moskva və Pekinin uzunmüddətli münasibətlərini davam etdirdiyini göstərən gömrük sənədlərini təhlil edib. Məlum olur ki, 2022-ci il noyabrın ortalarına qədər, Pekin müdafiə podratçısı "Poly Technologies" Rusiyaya helikopterlər və hava-yer radio avadanlıqları üçün hissələri göndərməyə davam edib. "Ulan-Udedəki Rusiya təyyarə zavodu uzun illərdir ki, Çin şirkətinin ticarət tərəfdaşıdır. Bundan əlavə, Rusiya şirkəti öz hissələrini Pekinə göndərməkdə davam edib" - CNN-in məqaləsində bildirilir.

Çin hissələrinin əksəriyyəti Mi-171E çoxməqsədli helikopterləri üçün nəzərdə tutulub. Onlar nəqliyyat, axtarış və xilasetmə əməliyyatlarında istifadə olunur. Həmçinin, "Poly Technologies"dən üç tədarük Rusiyanın Ukraynadakı əməliyyatlarında silahla təchiz oluna bilən Mi-171Ş hərbi-nəqliyyat helikopterinə xidmət etmək üçün nəzərdə tutulub.

Rusiyaya göndərilən Çin hissələri kifayət qədər əsas avadanlıqdır. Mütəxəssislər ümid edirlər ki, bu, Çinin Rusiya ordusuna yardımını və müharibəyə münasibətini göstərmir.

Çin rəhbərliyi Kremlə kömək etməkdə davam edərsə, Rusiya-Çin ticarət şəbəkələri silah təchizatı üçün istifadə edilə bilər. Nədənsə Çin Rusiya ilə ticarətdə Qərbin sanksiyalarına şübhə ilə yanaşır. Xüsusilə, dövlətə məxsus “China Poly Group”a tabe olan “Poly Technologies” şirkəti 2013-cü ildən İran, Şimali Koreya və Suriyaya raket tədarükünə görə ABŞ-ın sanksiyaları altındadır.

Ağ Ev artıq dəfələrlə bəyan edib ki, Çin Rusiyanı silahla təmin edərsə, bu, ona qarşı sanksiyalar tətbiq etmək üçün əsas olacaq. Öz növbəsində Çin ABŞ-ı Tayvana hərbi dəstək verməkdə ittiham edərək, Rusiyaya göstərəcəyi dəstəyin buna oxşar olacağını bildirib. Görünən odur ki, Çin situasiyadan öz xeyrinə istifadə etmək niyyətindədir. Çünki Tayvandan fərqli olaraq, Ukraynada on minlərlə insanın ölümünə səbəb olan, ölkənin infrastrukturuna ölümcül zərbələr vuran müharibə gedir. Rusiya işğılçı xislətinə sadiq qalaraq, Ukraynanı parçalamaq iddialarından hələ də əl çəkmir. Az-çox demokratik dəyərlərə sahib olan ölkələr birmənalı olaraq bu müharibədə Ukraynanın yanındadırlar. Belə bir situasiyada hansısa qisasçılıq hissinə qapılmaq, işğaılçıya dəstək olmaq dünyanın ən böyük dövləti tərəfindən atılacaq ən axmaq addım olardı. Bunu hətta iqtisadi maraqlar üzündən belə etmək bəşəriyyətə qarşı böyük hörmətsizlik kimi dəyərləndirilə bilər. Yəqin ki, Çinin hazırkəı rəhbərliyi tarixə adını bu cür yazdırmaq istəməz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu