NASA rəhbəri Rusiya və ABŞın kosmosdakı əməkdaşlığından danışıb


ABŞ və Rusiya Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, kosmosda əməkdaşlıq edir.


AFN.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Bill Nelson deyib. Onun sözlərinə görə, ABŞ kosmik proqram üzrə Rusiya ilə əməkdaşlıqdan imtina edə bilməz. "Ən böyük istehzalardan biri odur ki, biz Ukraynada baş verən bağışlanmaz hadisələrə görə Rusiya hökuməti və Rusiya prezidenti Vladimir Putinlə bu qədər ziddiyyətə düşə bilərik və eyni zamanda ruslarla birgə kosmik proqrama malik ola bilərik" - deyə o əlavə edib.

Nelson deyib ki, soyuq müharibədən bəri Amerika tərəfi "mülki kosmik proqram üzrə ruslarla əməkdaşlığı" davam etdirir.

Bundan əvvəl Nelson NASA və Roskosmos arasında Beynəlxalq Kosmik Stansiya (BKS) layihəsi üzərində işlərin 2030-cu ilə qədər davam edə biləcəyini bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu