Aya missiya ilə bağlı problem: Astronavtların enişi 2026-cı ilə təxirə salındı


ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) elmi araşdırmalar üçün Aya astronavt göndərilməsini nəzərdə tutan Artemida Missiyasında ekipajın Aya enişinin 2026-cı ilə təxirə salındığını açıqlayıb.


NASA-dan verilən açıqlamada kosmik gəmi ilə bağlı təhlükəsizlik narahatlığı ilə yanaşı, astronavtların kostyumları və eniş maşınlarında da problemlərin olduğu bildirilib.

Açıqlamada astronavtların Aya enişinin 2026-cı ilin sentyabrına təxirə salındığı bildirilib. Qeyd edilib ki, layihənin tarixinin dəyişdirilməsinin əsas səbəbi ekipaj təhlükəsizliyidir və komandalar bütün çətinlikləri titizliklə araşdırır.

"Təhlükəsizlik bizim əsas prioritetimizdir" - deyə qurumun nümayəndəsi Bill Nelson bildirib. Nelson qeyd edib ki, bu gecikmələr Artemida komandalarına çətinlikləri aradan qaldırmaq üçün daha çox vaxt verəcək.

Artemida missiyası çərçivəsində elmi araşdırmalar aparmaq üçün Aya 4 astronavt göndərilməsi planlaşdırılır.

Eyni proqram çərçivəsində ABŞ Ayda daimi baza yaratmağı və Aydan Marsa səyahət üçün dayanacaq kimi istifadə etməyi və orada qiymətli metalların çıxarılmasını nəzərdə tutur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu