Bill Nelson: "ABŞ Hindistanda kosmik stansiyanın tikintisində kömək etməyə hazırdır"


NASA rəhbəri Bill Nelson bildirib ki, ABŞ Hindistan kosmik stansiyasının tikintisində iştirak etməyə hazırdır.



Bu barədə TASS məlumat yayıb.

NASA rəhbəri Hindistan Kosmik Tədqiqatlar Təşkilatının nümayəndələri ilə Yeni Dehlidə baş tutan görüşdən sonra Amerika tərəfinin Hindistana Yerə yaxın stansiyanın tikintisinə kömək etməyə hazır olduğunu açıqlayıb.

NASA rəhbəri əlavə edib ki, bu məsələ ilə bağlı yekun qərar Hindistandan asılıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu