NASA-dan şok açıqlama: Çin Ayı öz torpağı elan edə bilər


ABŞ Kosmik və Aviasiya Administrasiyasının (NASA) prezidenti Bill Nelson öz kosmik stansiyasını qurmağa hazırlaşan Çinlə bağlı mühüm açıqlamalar verib.


AFN.az "Politico"ya istinadən xəbər verir ki, Nelson Çinin Ayı öz ərazisi elan edə biləcəyini açıqlayıb: "Bu bir faktdır, biz kosmos yarışındayıq. Elmi araşdırma adı altında onların Aydan heç yerə getməmələrinə diqqət çəkməliyik. Onların "Uzaq durun, biz buradayıq, bura bizim ərazimizdir" deyə biləcəkləri ehtimalını da gözardı etməməliyik".

Nelson buna misal olaraq Pekinin Cənubi Çin dənizində hərbi bazalar qurmasına diqqət çəkib. “Əgər buna şübhə edirsinizsə, onların Spratli adalarına nə etdiklərinə baxın” - deyə o, davam edib.

Keçən il Çin öz kosmik stansiyasını qurmaq üçün ciddi cəhdlər etmişdi. Ayın cənub qütbünün yaxınlığında tədqiqat stansiyasının yaradılması istiqamətində hazırladığı proqramının üçüncü mərhələsi 2025-ci ilə planlaşdırılır. Dekabr ayında Çin hökuməti Aya ekipajlı eniş, kosmik nəqliyyat, infrastruktur və kosmos idarəçiliyi ilə bağlı münasibətini açıqladı. Həmçinin bu onilliyin sonuna kimi öz stansiyasını quraraq Aya taikonavt göndərmək məqsədini ictimailəşdirib. Bu müddət ərzində NASA bu yaxınlarda Ayın səthinin şəkillərini çəkən 26 günlük Artemida I missiyasını tamamlayıb.

Gələcək missiyalar Ayda daha çox fəaliyyət yaratmaq üçün nəzərdə tutulub. Lakin ABŞ-ın diqqəti Marsa da yönəlib. Bu səbəbdən ABŞ hərbi rəsmiləri Çinin kosmosu hərbiləşdirməsindən narahat olduqlarını bildirirlər.

Avstraliyaya səfəri zamanı ABŞ Kosmik Qüvvələrinin general-leytenantı Nina Armagno deyib: "Onların bizi ötməsi tamamilə mümkündür. Onların irəliləyişləri heyrətamiz və təəccüblü surətdədir".

Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Pengyu "Politico"ya Nelsonun fikirlərini şərh edərkə deyib: "Kosmos güləş meydançası deyil". Sözçü əlavə edib ki, "bəzi ABŞ rəsmiləri “Çinin normal və qanuni kosmik səylərini təhrif etmək üçün məsuliyyətsiz danışırlar.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu