Zelenski Cənubi Koreyanı Ukraynaya hava hücumundan müdafiə sistemləri verməyə çağırıb


Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hücumlarını dəf etmək üçün Cənubi Koreyanın Ukraynanı zenit sistemləri kimi müdafiə hərbi texnikası ilə təmin edəcəyinə ümid etdiyini bildirib.


AFN.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı Cənubi Koreyanın gündəlik qəzetinə müsahibəsində bildirib.

Zelenski Cənubi Koreyanın ölkəyə minatəmizləmə maşınları və ümumi dəyəri təxminən 230 milyon dollar olan humanitar yardım göndərmək vədinə görə minnətdarlığını bildirib.

Eyni zamanda Kiyevdə jurnalistlərlə danışan Volodimir Zelenski qeyd edib ki, Ukraynanın hava hücumundan müdafiə və erkən xəbərdarlıq sistemlərinə ehtiyacı var.

“Biz bilirik ki, silah dəstəyinə bir sıra məhdudiyyətlər var. Bununla belə mən hesab edirəm ki, Koreya prinsipləri müdafiə sistemləri və elektrik şəbəkələrinin mühafizəsi vasitələrinə tətbiq edilməməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu