MAQATE Kaxovskaya SES-də fövqəladə hadisədən sonra Zaporojye AES-dəki vəziyyəti şərh edib


Kaxovka su elektrik stansiyasında (SES) baş vermiş fövqəladə hadisədən sonra Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) vəziyyət nisbətən sabitdir.


AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.

Onun sözlərinə görə, Zaporojye AES-ə səfəri zamanı mövcud suyun saxlanması və qorunması üçün görülən tədbirlərlə tanış olub. Eyni zamanda, Qrossi Ukrayna Silahlı Qüvvələrinin (APU) bölgədə əks-hücum keçirməsinin yaratdığı situasiyadan danışıb: "Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı başqa məsələlər də var. Stansiya cəbhə xəttinin ortasında yerləşir. Ona görə də mən əvvəlkilərdən heç də az narahat deyiləm".

O qeyd edib ki, MAQATE baş verənləri qiymətləndirmək üçün böyük həcmdə məlumat toplayıb. Qrossi nüvə insidentinin qarşısını almaq üçün AES-ə diqqət yetirəcəyini vəd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu