Sudandakı münaqişələr 4 milyon insanı didərgin salıb


Birləşmiş Millətlər Təşkilatı Sudanda münaqişənin davam etdiyi müddətdə 4 milyondan çox insanın məcburi köçkün olduğunu və bunun ölkədə sağlamlıq vəziyyətini pisləşdirdiyini açıqlayıb.


Təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Uilyam Spindler BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında münaqişələrin davam etdiyi Sudandakı vəziyyətlə bağlı açıqlama verib.

Ordu ilə paramiliter Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurmalar səbəbilə aprelin 15-dən bəri Sudanda 4 milyondan çox insanın məcburi köçkünə çevrildiyinə diqqət çəkən Spindler, sərhəd keçidi də daxil olmaqla Sudanda sağlamlıq vəziyyətinin pisləşməsindən narahat olduqlarını bildirib.

700 mindən çox insanın qonşu ölkələrə qaçdığını, 195 min cənubi sudanlının isə geri qayıtmaq məcburiyyətində qaldığını qeyd edən Spindler, 3 milyondan çox insanın ölkə daxilində didərgin düşdüyünü vurğulayıb.

Sudanın mövcud humanitar yardım qaynaqlarından daha çoxa ehtiyacı olduğunu vurğulayan BMT rəsmisi Ağ Nil əyalətində zəruri dərman, personal və ləvazimat çatışmazlığının oradakı 10 qaçqın düşərgəsində sağlamlıq və qidalanma xidmətlərinə mane olduğunu deyib.

"Psixi sağlamlıq və psixososial dəstək xidmətləri əhəmiyyətsizdir" - deyə bildirən Spindler, bir çox ailənin həftələrdir az qida və ya dərmanla hərəkətdə olduğunu, bunun da qidalanma nisbətlərini, epidemiyaları və əlaqəli ölümləri artırdığını söyləyib.

"Mayın 15-dən iyulun 17-dək qızılca və qeyri-kafi qidalanma səbəbindən çoxusu 5 yaşdan aşağı olan uşaqlar olmaqla 300-dən çox ölüm qeydə alınıb. Həyatı xilas edən sağlamlıq proqramlarının maliyyələşdirilməsi gecikməyə davam edərsə, bu rəqəmlər çox güman ki, artacaq".

Münaqişə başlayandan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə işçiləri çatışmazlığı və sağlamlıq mərkəzlərinə hücumlar barədə məlumat verdiyini xatırladan Spindler, bu vəziyyətin ölkədə səhiyyə xidmətlərinin keyfiyyətinə mənfi təsir etdiyini qeyd edib.

"Sudanda davam edən yağışlar nəticəsində baş verən daşqınlar və qeyri-kafi sanitar qovşaqlar səbəbindən qarşıdakı aylarda daha çox vəba və malyariya halları gözlənilir", - deyə o əlavə edib.

Spindler həmçinin səhiyyə xidmətlərinin və digər mühüm yardımların təmin edilməsini dəstəkləmək üçün daha çox vəsaitə ehtiyac olduğuna diqqət çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu