BMT: Sudanda köçkünlərin sayı 2,8 milyona çatıb


Birləşmiş Millətlər Təşkilatı Sudanda münaqişə başlayandan bəri 2,8 milyon insanın didərgin düşdüyünü açıqlayıb.


Təşkilatın Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) Sudanda münaqişənin başladığı 15 apreldən bəri topladıqları məlumatları paylaşıb.

Yazılı açıqlamada Sudanda son 11 həftədə 15 humanitar yardım işçisinin həyatını itirdiyi bildirilib.

Sudanda 2,8 milyon insanın didərgin düşdüyünə diqqət çəkən bəyanatda 2,2 milyon insanın məcburi köçkün olduğu, 615 min insanın isə qonşu ölkələrə köç etdiyi qeyd edilib.

Açıqlamada bütün çətinliklərə baxmayaraq, 2,5 milyondan çox insana xilasedici yardımın çatdırıldığı bildirilib.

Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, Sudanda can itkisinin 1133-ə çatdığı, 11 min 796 nəfərin yaralandığı paylaşılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu