Rusiya təyyarələrinin Sakit Okeanda görünməsindən sonra Yaponiya təyyarələrini havaya qaldırıb


Rusiya və Çinin birgə dəniz patrulları və təlimləri keçirdiyi Yapon dənizi (Şərq dənizi) ilə Şərqi Çin dənizi arasında Rusiya təyyarələrinin aşkarlanmasından sonra Yaponiya döyüş təyyarələrini havaya qaldırdığını açıqlayıb.


"Associated Press"in xəbərinə görə, Rusiyanın iki İL-38 kəşfiyyat təyyarəsinin Yaponiya dənizi (Şərq dənizi) ilə Şərqi Çin dənizi arasında uçduğu təsbit edildikdən sonra Yaponiya döyüş təyyarələrini havaya qaldırıb.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi açıqlamasında Rusiya və Çin donanmasına aid gəmilərin Sakit Okeanda birgə patrul əməliyyatları və Şərqi Çin dənizində dəniz təlimləri keçirdiyini bildirib.

Nazirlik həmçinin bildirib ki, Rusiya və Çin sualtı qayıqlara qarşı təlimlər keçirir, eyni vaxtda düşmənin hava hücumundan müdafiə olunur, dənizdə xilasetmə təlimləri, hərbi gəmilərin göyərtələrində helikopterlərin qalxması və enişi təlimləri keçirilir.

Çin və Rusiya donanmasına aid cəmi 11 gəmi Yaponiyanın cənubundakı Okinava əyalətinin adaları yaxınlığındakı ərazi sularından keçdikdən sonra Tokio rəhbərliyi "vəziyyətin ciddi olduğunu" açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu