İtaliyada mütəşəkkil cinayətkar qruplara qarşı genişmiqyaslı əməliyyat keçirilib


İtaliyada təhlükəsizlik qüvvələri bu gün səhər saatlarında müxtəlif şəhərlərdə mütəşəkkil cinayət qruplarına qarşı genişmiqyaslı əməliyyat keçirib.


İtaliya mətbuatında yer alan xəbərlərə görə, 800-dən çox mühafizəçinin qatıldığı əməliyyatda səhər saatlarında paytaxt Roma ilə yanaşı Neapoldakı bəzi məntəqələrə basqın edilib.

Təhlükəsizlik qüvvələri Romada Tor Bella Monakoda 80-dən çox ünvanda axtarış aparıb, Neapoldakı "İspan məhəlləsi"ndə axtarışlar intensivləşdirilib.

Katanzaro anti-mafiya prokuroru Nikola Gratterinin koordinasiyası ilə həyata keçirilən “Yüksək təsir” adlı əməliyyatda 52 nəfər ev dustaqlığına, 29 nəfər nəzarətə, 3 nəfər isə məhkəmə nəzarətinə götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu