İspaniya hökuməti Pinoçetə veridiyi medalı geri aldı


İspaniyadakı sol koalisiya hökuməti 1973-cü ildə çevrilişlə Çilidə hakimiyyətə gələn diktator Auqusto Pinoçete 1975-ci ildə verilən “Böyük Hərbi Xidmətə görə medalı”nı geri alıb.


Nazirlər Şurasının iclasında qəbul edilən qərar Çilidə Pinoçetin sosialist prezident Salvador Allendeni devirərək hakimiyyəti ələ keçirdiyi çevrilişin 50-ci ildönümünə təsadüf edib.

Mövzu ilə bağlı açıqlama verən İspaniyanın Baş naziri Pedro Sançez, "50 il əvvəl Çili demokratiyası dünyanı sarsıdan vəhşi hücumun qurbanı oldu. 11 sentyabr tarixi bir ədalətsizliyi aradan qaldırma zamanıdır" ifadələrini işlədib. Sançes İspaniyanın 1975-ci ildə diktator Pinoçetə verdiyi "Böyük Hərbi Xidmət Ordenini" geri aldığını açıqlayıb.

Çili prezidenti Qabriel Boric də bu jest üçün İspaniya hökumətinə təşəkkür edib və "İspaniya və Çili ortaq təcrübəyə əsaslanan demokratiyanı müdafiə edir" sözlərini paylaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu