Çilidə davam edən meşə yanğınlarında həyatını itirənlərin sayı 132-yə yüksəlib


Çili səlahiyyətliləri ölkənin mərkəzi və cənub bölgələrini təsir edən meşə yanğınlarında həyatını itirənlərin sayının 132-yə yüksəldiyini bildirib.


Çili Hüquq Sağlamlığı Xidmətindən (SML) verilən açıqlamada, Valparaiso və Vina del Mar şəhərlərində davam edən yanğınlarda ölənlərin sayının artdığı qeyd edilib.

Yanğınlarda ölənlərin sayı 132-yə yüksəlsə də, havadan və qurudan müdaxilələr yanğını tamamilə nəzarət altına almaqda davam edir.

SML ümumilikdə 89 cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsinin tamamlandığını və 64 cəsədin ailələrinə təhvil verildiyini açıqlayıb.

Digər tərəfdən Valparaiso qubernatoru Rodriqo Mundaca mətbuat konfransında meşə yanğınları nəticəsində 43 min hektar ərazinin yanaraq külə döndüyünü, təxminən 15 min evin yandığını bildirib.

Çili prezidenti Qabriel Boric fevralın 3-də verdiyi açıqlamada fövqəladə vəziyyət (OHAL) elan etdiklərini qeyd etmişdi.

Çilidə meşə yanğınları bir çox bölgədə eyni vaxtda təsirli olub və qısa müddətdə yaşayış məntəqələrinə yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu