Cənubi Koreya, Yaponiya və ABŞ 7 ildən sonra ilk dəfə bunu etdi


Cənubi Koreya, Yaponiya və ABŞ Koreya yarımadasının cənubunda 7 ildən sonra ilk dəfə birgə dəniz qadağanı təlimi keçirib.


"Yonhap"ın xəbərinə görə, 2 günlük təlim dünən Jeju adasında başlayıb.

Bununla da bu üç ölkə 2016-cı ildən bəri ilk dəfə gəmi qaçaqmalçılığının qarşısının alınmasına yönəlmiş dəniz qadağası təlimi və 2017-ci ildən bəri ilk dəfə olaraq dəniz quldurluğu ilə mübarizə təlimi təşkil edib.

Cənubi Koreya Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada sözügedən təlimin Şimali Koreyanın son nüvə və raket təhdidlərinə qarşı Cənubi Koreya və Yaponiyanın çəkindirmə və cavab vermə imkanlarını artırdığı qeyd edilib. "Bundan əlavə, bu təlim dəniz təhlükəsizliyi təhdidlərinə cavab tədbirləri ilə bağlı üçtərəfli əməliyyat imkanlarımızı inkişaf etdirməyə kömək edəcək" - deyə bəyanat bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu