Kadırovun 15 yaşlı oğlu Rusiyada yeni orden və medal alıb


Çeçenistan Respublikası rəhbərinin 15 yaşlı oğlu Adam Kadırov yeni mükafatlar alıb. Kadırov Rusiyanın "Əmək Şücaəti" ordeni və 1-ci dərəcəli "Rusiya Xüsusi Qüvvələr Universitetinin inkişafına töhfəyə görə" medalı ilə təltif edilib.



Bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Telegram kanalında məlumat verib.

Mükafatlandırma mərasimi “Rusiyanın Əmək Şücaəti” Ümumrusiya ictimai təşkilatının təşkil etdiyi tədbir çərçivəsində baş tutub.

Bundan əlavə Çeçenistan naziri qeyd edib ki, Adam Kadırova videokonfrans formatında "Ümumrusiya Qəhrəmanlar İctimai Təşkilatı"nın mərkəzi idarə heyətinin sədri, dövlət mükafatları laureatı və “Rusiyanın Əmək Şücaəti” dövlət mükafatı laureatı Aleksey Levinin təbrik məktubu təqdim edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu