Kadırovun oğlu Dubayda iştirak etmədiyi xüsusi təyinatlıların yarışında medal alıb


Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu 16 yaşlı Adam Kadırov Dubayda BƏƏ-nin SWAT Challenge xüsusi təyinatlılarının yarışından sonra medal alıb.



Dubay polisinin təşkil etdiyi yarışın dördüncü günündə ən yaxşı nəticəni Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə xüsusi alayının döyüşçülərindən ibarət “Axmat” komandası göstərib. Adəm Kadırov müsabiqədə iştirak etməsə də, mükafatı almaq üçün səhnəyə ilk çıxan olub.

Maqomed Daudov bildirib ki, Adam Kadırov bu yarışlarda respublikadan olan döyüşçüləri dəstəkləyib. “Qroznı-inform” dövlət agentliyi yazır ki, Çeçenistan rəhbərinin oğlu mükafatlandırma mərasimində atasının təhlükəsizlik idarəsinin rəisi kimi iştirak edib.

Adam Kadırov bu vəzifəni ötən il noyabrın əvvəlində alıb və noyabrın sonunda o, həm də Rusiya Müdafiə Nazirliyinin tərkibində olan Şeyx Mənsur batalyonunun kuratoru təyin edilib. Batalyona siyasətçi Boris Nemtsovun qətlinin təşkilində əli olmaqda şübhəli bilinən “Şimal” çeçen daxili qoşunlarının batalyonunun keçmiş zabiti Ruslan Geremeyev rəhbərlik edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu