Kadırovun 15 yaşlı oğlu daha bir orden aldı - VİDEO


Çeçenistanın rəhbəri olan Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov yeni mükafatlar - orden və medal alıb.



Bu barədə Rusiya mediası məlumat yayıb.

O, "Rusiyanın Əmək Şücaəti" ordeni və 1-ci dərəcəli "Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin inkişafına töhfəyə görə" medalına layiq görülüb.

Adamın hazırda doqquz mükafatı var.

Xatırladaq ki, noyabrın 15-də də Adam Kadırov "İslam dininə xidmətə görə" 1-ci dərəcəli ordeni ilə təltif edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu