Argentinada güclü qasırğa nəticəsində 13 nəfər ölüb


Argentinanın Bahia Blanca liman şəhərini vuran güclü qasırğa nəticəsində 13 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.



CNN-in məlumatına görə, səlahiyyətlilər bölgədə küləyin saatda 140 kilometr sürətlə əsdiyini və ən azı 300 nəfərin təxliyə edildiyini bildirib.

Bahia Blanca Bələdiyyə Başçısı Federico Susbielles X sosial media hesabında etdiyi paylaşımda qasırğa nəticəsində 13 nəfərin öldüyünü, çoxlu sayda insanın yaralandığını bildirib.

Bununla əlaqədar şəhərdə 72 saatlıq matəm elan edilib.

Bölgədəki vəziyyətin kritik olaraq davam etdiyini vurğulayan Susbielles şəhər sakinlərini evdə qalmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu