BioNTech Afrikada ilk peyvənd fabrikini açıb


Alman biotexnologiya şirkəti BioNTech Afrikadakı ilk peyvənd fabrikini Ruandanın paytaxtı Kiqalidə açıb.



"BioNTainer" adlı konteynerlərdən ibarət olan və tikintisinə 2022-ci ildə başlanılan fabrik Afrika ölkələri üçün mRNT əsaslı vaksinlər istehsal edəcək.

Fabrikin açılışında Ruanda prezidenti Paul Kaqame, BioNTech şirkətinin baş direktoru və həmtəsisçisi Prof. Dr. Uğur Şahin və qonaqlar qatılıb.

2025-ci ildə tam gücü ilə fəaliyyətə başlayacaq müəssisədə ildə 50 milyon dozaya qədər peyvənd istehsalı planlaşdırılır.

Şirkət burada insanlar üzərində sınaqdan keçiriləcək yeni hazırlanmış mRNA əsaslı malyariya və vərəm peyvəndlərini istehsal etməyi də hədəfləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu