Bu gün BioNTech işinin ilk məhkəməsi keçiriləcək


Bu gün dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus pandemiyasına qarşı Pfizer/BioNTech tərəfindən hazırlanmış mRNA əsaslı peyvəndin "yan təsirləri" ilə bağlı iddia qaldıran alman qadının işinin ilk məhkəməsi keçiriləcək.


AFN.az-ın Haber Globala istinadən verdiyi xəbərə görə, Almaniyada adını açıqlamayan orta yaşlı qadının açdığı iddiada Comirnaty adlı peyvəndin yan təsirlərə səbəb olduğu, qadının isə “ən azı” 150 min avro tələb etdiyi qeyd edilib.

Hamburqda baxılacaq məhkəmədə qadını Rogert & Ulbrich hüquq firması təmsil edəcək. Qadın udqunmaqda çətinlik çəkdiyini vurğulayarkən, peyvənddən sonra yuxu problemi, halsızlıq və bədənində ağrılar olduğunu söyləyib.

Almaniyadakı dərman qanunlarına görə, peyvənd və dərman istehsalçıları, istehsal etdikləri məhsulların yan təsirləri elmi cəhətdən sübut olunarsa, cərimələnə bilər. BioNTech peyvəndin təhlükəsiz olduğunu açıqlasa da, Avropa Dərman Administrasiyası (EMA) BioNTech tərəfindən hazırlanan Comirnaty adlı peyvəndin təhlükəsiz olduğunu vurğulayıb.

Avropa Dərman Administrasiyası BioNTech tərəfindən hazırlanmış vaksinlərin dünyada ən azı 20 milyon insanın həyatını xilas etdiyini bildirib. BioNTech-in peyvəndində riskin çox az olduğu qeyd edilərkən, "gözlənilməz yan təsirlərin" çox nadir olduğu da ifadə edilib. Ən çox görülən yan təsirlərin baş ağrısı, yüksək hərarət, zəiflik və əzələ ağrıları olduğu da vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu