MAQATE: "Zaporojya AES-də təhlükəsizlik vəziyyəti kövrəkdir"


Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Mariano Qrossi Rusiyanın ilhaq etdiyi Ukraynanın Zaporojya vilayətində yerləşən AES-də təhlükəsizlik vəziyyətinin kövrək olduğunu bəyan edib.



Qrossi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasındakı çıxışında Rusiya-Ukrayna müharibəsi zamanı Moskvanın nəzarətinə alınan Zaporojya bölgəsindəki atom elektrik stansiyasının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.

Sözügedən nüvə stansiyasının 6 reaktorunun 2022-ci ilin ortalarından etibarən bağlandığını bildirən Qrossi, Zaporojya nüvə stansiyasında təhlükəsizlik vəziyyətinin son dərəcə kövrək olaraq qaldığını qeyd edib.

Qrossi böyük nüvə qəzası təhlükəsinin hələ də real olduğunu vurğulayaraq bildirib ki, reaktorlar bağlı olsa da stansiya daha az işçi ilə işləyir və bu davamlı deyil.

Qrossi BMT Təhlükəsizlik Şurasındakı çıxışından əvvəl BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb və Ukraynadakı nüvə təhlükəsizliyi vəziyyəti, eləcə də Yaxın Şərqdə nüvə silahlarının yayılmasının qarşısının alınması səylərini müzakirə edib.

İşləyən diplomatiyaya ehtiyac olduğunu bildirən Qrossi Moskva və Kiyevə səfər edəcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu