Suriyadan Qolana atılan 3 raket boş əraziyə düşüb


Suriya ərazisindən atılan 3 raket İsrailin nəzarətində olan Qolan təpələrində açıq yerə düşüb.



Məsələ ilə bağlı İsrail ordusunun radiosunda açıqlama verilib.

İsrail ordusu bu hücuma artilleriya atəşi ilə cavab verib.

İsrailin dövlət televiziyası KAN-da yayımlanan xəbərə görə, Livandan İsrailin şimalındakı Qərbi Qalileydə Ərəb əl-Aramşaya doğru raket atıldığı, lakin heç birinin düşmədiyi qeyd edilib.

İslami Müqavimət qrupu döyüşçülərinin Qəzza zolağında Fələstin xalqına dəstək və İsrailin hücumlarına cavab olaraq Metulla qəsəbəsində İsrail əsgərlərinin yerləşdiyi binanı hədəf aldığını açıqlayıb.

Livandakı Hizbullah da "Burkan raketi" ilə İsrailin əd-Dahirə bölgəsini hədəf aldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu