Terror təşkilatı PKK/YPG Hələbdə daha bir qızı qaçırdı


Terror təşkilatı PKK/YPG Suriyanın Hələb vilayətində işğal etdiyi Aynularab (Kobani) rayonundan 14 yaşlı qızı silahlı dəstəsinə qatmaq üçün qaçırıb.


Müxalifət kürdlərinin “Müstəqil Kürd Rabitə” qruplaşmasının sözçüsü Redor əl-Əhməd bildirib ki, Hələbin Aynularab rayonunun Bir Curud kəndindən olan qız S.A.M. yanvarın 28-də terrorçular tərəfindən qaçırılıb.

Əhməd bildirib ki, terror təşkilatı qaçırdığı uşaqların ailələri ilə əlaqə saxlamasına mane olub.

PKK/YPG qaçırdığı və ya saxladığı gəncləri və uşaqları silahlı təlim üçün təlim düşərgələrinə aparır.

Qeyd edək ki, bundan öncə terrorçular 2023-cü ilin dekabrında Aynularabda 12 yaşlı qız E.Ş.K-nı qaçırmışdılar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu