Times: "İngiltərə Qırmızı dənizdəki gərginlik səbəbindən çay qıtlığı ilə üzləşə bilər"


Britaniyalılar əmtəə üçün Böyük Britaniyaya əsas daşınma marşrutu olan Qırmızı dənizdəki gərginlik səbəbindən qara çay təchizatında fasilələrlə üzləşə bilər.



Bu barədə The Times qəzeti yazıb. Nəşr Britaniyanın ikinci ən böyük pərakəndə satışı ilə məşğul olan Sainsbury's supermarketlərindən birində çıxan elana istinad edib: “Biz bütün ölkədə qara çay tədarükünə təsir edən təchizat problemləri ilə üzləşirik. Yaranmış narahatlığa görə üzr istəyirik və ümid edirik ki, tam təchizat tezliklə bərpa olunacaq”, - deyə müştərilərə xəbərdarlıq edilib. Supermarket sonradan bunun sənaye miqyasında bir problem olduğunu təsdiqləyib.

“The Times” böyük pərakəndə satış şirkətlərinə istinadən yazıb ki, bunlar müvəqqəti fasilələrdir və istehlakçılara mənfi təsir minimal olacaq. Bununla belə, qəzet tədarük zənciri ekspertlərinə də istinad edib ki, onlar gələcək aylarda müəyyən məhsullar üçün qiymət artımı və qıtlığı istisna etməyiblər.

Britaniya İxrac və Xarici Ticarət İnstitutunun məlumatına görə, Britaniya qara çayının təxminən 50%-i Keniya və Hindistandan gəlir və onun çatdırılma marşrutları əsasən Qırmızı dənizdən keçir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu