İsrail ordusu Livanın Baalbek əyalətində Hizbullahın mövqelərini vurub


İsrail ordusunun Livanın şərqindəki Baalbek vilayətində bəzi mövqelərə hava hücumu təşkil etdiyi bildirilib.



İsrail ordusundan verilən açıqlamaya görə, ordu aviasiyası Livanın daxili bölgələrində Hizbullah mövqelərinə hava zərbəsi endirib.

Livan mediasında yer alan xəbərlərdə İsrailin Baalbekdəki bəzi anbarları vurduğu və hücum nöqtəsində böyük dağıntının yaşandığı ifadə edilib.

Hücumdan sonra yayımlanan görüntülərdə hədəf alınan anbarların tamamilə dağıdıldığı və ərazidəki bir çox avtomobilə ciddi ziyan dəydiyi göstərilir.

Hücumda ölən və yaralananların olduğu da bildirilib.

Hizbullah hələlik hücumla bağlı açıqlama verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu