İtaliyada uşaqlara cinsi təcavüz edən katolik keşişi həbs edildi


İtaliya məhkəməsi katolik keşişi Cüzeppe Ruqolonu uşaqlara qarşı cinsi istismarda təqsirli bilərək 4,5 il müddətinə azadlıqdan məhrum edib.


İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Siciliya adasındakı Enna şəhərinin məhkəməsi katolik keşiş Don Cüzeppe Ruqolonu uşaqlara qarşı ciddi cinsi istismarda günahkar bilib.

Məhkəmə 2009-2013-cü illərdə Ruqolonun təcavüzünə məruz qalan 30 yaşında olan Antonio Messinanın şikayəti əsasında başlayan məhkəmə prosesində dünən qərarını açıqlayıb.

Məhkəmə keşiş Ruqolonu "uşaqlara qarşı ağır cinsi zorakılıq cinayəti"nə görə 4,5 il həbs və 5 il dövlət vəzifəsində işləməyə qadağa qoyub.

Ruqolonun cəzalandırılması ilə nəticələnən məhkəmə prosesini başlatan Messina, 2020-ci ildə katoliklərin ruhani lideri Papa Fransiskə məktub yazaraq, təzyiqləri bildirərək ədalət istəyib, sonra məktubu təhlükəsizlik qüvvələrinə çatdırıb.

Keşiş Ruqolo 2021-ci ildə ona qarşı irəli sürülən ittihama görə əvvəlcə saxlanılıb, sonra isə ev dustaqlığına buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu