Papa cinsi zorakılıq edənləri "qardaş kimi" cəzalandırmağı təklif edir


Katoliklərin lideri və Vatikanın ali dini rəhbəri Papa Fransisk bildirib ki, katolik kilsəsində cinsi istismarda iştirak edənlər “qardaş kimi” cəzalandırılmalıdır.


Roma Papasının 28-30 aprel tarixlərində Macarıstanın paytaxtı Budapeştə səfəri zamanı bir qrup macar yezuit keşişi ilə söhbəti "Civilta Cattolica" jurnalında dərc olunub. O, burada söhbət zamanı katolik kilsəsini narahat edən ciddi problemlərdən biri olan təqib və sui-istifadə ilə bağlı sualı cavablandırıb.

Cinsi zorakılıq hallarında keşişə necə davranılmalıdır sualını cavablandıran Papa, "Sualınız çox təsirli sualdır. Təcavüzkar cəzalandırılmalıdır, amma qardaş kimi. Onu cəzalandırmaq xeyriyyəçilik kimi qiymətləndirilməlidir" - deyib.

Təcavüzkarı "düşmən" olaraq xarakterizə edən Papa, "Amma onlar da Allahın övladlarıdır. Onlar cəzaya layiqdirlər, amma həm də pastoral qayğıya (kahinlər üçün xüsusi dini təhsil) layiqdirlər. Onlar həm cəzaya, həm də pastoral qayğıya layiqdirlər" ifadələrini işlədib.

Papa, zorakılığa məruz qalanlarla empati qurulduğunda bu ağrını hər kəsin hiss etdiyini bildirib.

Son 10 ildə Papa Fransisk Katolik Kilsəsinin rəhbəri olarkən kilsədə sui-istifadə halları ilə bağlı bəzi cəhdlər etmiş və Vatikanda bu məsələ ilə bağlı komissiya yaratmışdı. Papanın bu addımları bəzi dairələr tərəfindən yetərincə qarşılanmır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu