Cənubi Afrikada elektrik enerjisinin kəsilməsi Yohannesburqu susuz qoyub


Cənubi Afrika Respublikasında elektrik enerjisinin kəsilməsi nəticəsində yaranan nasazlıqlar ölkənin ən böyük şəhəri Yohannesburqun günlərlə susuz qalmasına səbəb olub.



Təxminən 6 milyon əhalisi olan şəhər ölkənin və regionun ticarət və maliyyə mərkəzidir.

Yohannesburq Su İdarəsindən verilən açıqlamada suyun kəsilməsinə elektrik enerjisinin kəsilməsi səbəbindən Randburq Qoruğunda su nasoslarının işləməməsi səbəb olduğu bildirilib.

Açıqlamada sistemdəki nasazlığın aradan qaldırılmasının daha bir neçə gün çəkə biləcəyi bildirilib və şəhər boyu 27 su tankerinin əhaliyə xidmət göstərdiyi qeyd edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu