Cənubi Afrikadakı elektrik böhranı səbəbindən 2 ildə təxminən 1,5 milyon insan işini itirib


Cənubi Afrika Respublikasında elektrik böhranı səbəbindən son 2 ildə təxminən 1,5 milyon insan işini itirib.


Ölkənin enerji naziri Kosintşo Ramokgopa mətbuata verdiyi açıqlamada bildirib ki, ölkə miqyasında elektrik kəsintiləri səbəbindən 2022-ci ildə təxminən 640 min nəfər işini itirib.

Nazir bəzi nüfuzlu təşkilatların modelləşdirilməsinə görə, elektrik böhranının 2023-cü ildə həddindən artıq dərəcəyə çatdığını, fasilələr səbəbiylə təxminən 840 min adamın işindəm olduğunu deyib.

İşsizlik nisbətlərinin 30 faiz səviyyəsində olduğu Cənubi Afrikada, işsizlik problemi uzun illərdir xroniki bir problem kimi qalır.

Cənubi Afrika qitədə elektrik enerjisinə ən yüksək çıxışı olan ölkələrdən biri olsa da, köhnə istehsal infrastrukturu, təxribat və kabel oğurluğu səbəbindən uzun müddətdir burada ağır elektrik böhranı yaşanır.

Son iki ildə ölkə daxilində gündə 10 saata qədər olan planlaşdırılan elektrik kəsilməsi yalnız iqtisadiyyatda işsizlik kimi əks olunmur və istehsal sektoru da bundan çox mənfi təsir görür.

Önümüzdəki illərdə istifadə müddətini başa vuran elektrik stansiyalarının davamlı sıradan çıxması nəticəsində ölkənin elektrik böhranının getdikcə dərinləşəcəyi təxmin edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu