Norveç təchiz olunmuş əsgərlərinin sayını artıracaq


Norveç hökuməti təchiz olunmuş əsgərlərin sayını artıracağını açıqlayıb.


Bununla bağlı açıqlama verən Norveç Müdafiə Naziri Byorn Arild Qram daha çox peşəkar ordu təcrübəsi olan insanlara ehtiyac olduğunu bildirib.

"Doğru zamanda lazımi bacarıqlara malik kifayət qədər insanımız olmalıdır" - deyə nazir qeyd edib.

Hərbi xidmətə giriş səviyyəsinin hər il tədricən artacağını deyən Qram, paytaxt Oslonun şimalında yerləşən Terningmoen şəhərindəki ordu obyektinə yüz milyonlarla dollar sərmayə qoyacaqlarını vurğulayıb.

Norveçin NTB xəbər agentliyi qeyd edib ki, məqsəd hazırda 9 min olan silah altındakı əsgərlərin sayını 2036-cı ildə 13 min 500-ə çatdırmaqdır.

Ölkədə hərbi xidmət icbari olsa da, əsgərlər onlayn qiymətləndirmədən sonra fiziki testlərlə qəbul olunurlar.

Danimarka da mart ayında ölkədə qadınları məcburi hərbi xidmətə cəlb etməklə və xidmət müddətini 4 aydan 11 aya çatdırmaqla silah altında olan gənclərin sayını artırmaq istədiklərini açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu